Terra Australis Incognita

Naməlum cənub torpaq (lat. Terra Australis Incognita) — XV-XVIII əsrə aid dünya xəritələrində cənub yarımkürəsində təsvir edilən nəzəri materik.

Hər xəritəçəkənin öz istəyinə görə təsvir etdiyi bu ərazidə dağ, meşə və çaylar da təsvir olunurdu. Bu materikin mövcudluğu barədə fərziyyələr belə bir yanlış təsəvvürə əsaslanırdı ki, Şimal yarımkürəsindəki geniş quru ərazilərinin qarşılığı kimi Cənub yarımkürəsində də böyük quru sahəsi olmalıdır, əks təqdirdə Yer baş-ayaq çevrilər.[1] Sonradan Antarktida kəşf olunsa da, həmin dövrdə onun barəsində heç nə məlum deyildi, həm də Antarktidanın ölçüləri cənub torpağı barədə fərziyyələrdə irəli sürüləndən çox kiçikdir.

  1. John Noble Wilford: The Mapmakers, the Story of the Great Pioneers in Cartography from Antiquity to Space Age, p. 139, Vintage Books, Random House 1982, ISBN 0-394-75303-8

Developed by StudentB